Futbol üzrə Albaniya Super Liqasında 33-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Elbasani"in qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Zamiq 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Eqnatiya" məğlubiyyətə baxmayaraq 58 xalla liderliyini davam etdirir.
saytlarin hazirlanmasi