"Borussiya"da ciddi itki - mövsümü erkən bitirib

22:54 - 7 Aprel 2025

Dortmund "Borussiya"sının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Niko Şlotterbek sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi dizindən zədə alıb. Arxa xətt oyunçusu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti