“Real”ın Çempionlar Liqasını qazanması üçün mükəmməl oynaması vacib deyil"

23:13 - 7 Aprel 2025

"Real"ın ispanyalı sabiq futbolçusu Quti maraqlı açıqlamalar verib.

Sportal.az xəbər verir ki, 48 yaşlı veteran futbolçu Çempionlar Liqasında “Real”ın böyüklüyünün necə göründüyündən danışaraq jurnalistlərin suallarını cavablandırıb:

– Qeyd etmək lazımdır ki, “Arsenal” İngiltərə futbol tarixinin ən yaxşı klublarından biri olsa da, yalnız 1 dəfə Çempionlar Liqasının finalında oynayıb və orada “Barselona”ya uduzub.

– Yarımfinala və finala çıxmaqla bağlı hər zaman olan təzyiqə öyrəşmək lazımdır. Əgər bu təzyiqə öyrəşməmisənsə, həlledici oyunlar gələndə bu sənə baha başa gələ bilər. “Arsenal”da da baş verənlərə baxanda, bu onların əla komanda olmasına baxmayaraq mümkündür.

– “Real” ilə isə tam əksi baş verir.

– Məhz bu “Real Madrid”in böyüklüyüdür. Bu komanda gündəlik təzyiqə, yarımfinal və final mərhələlərində olmağa və bunun gətirdiyi gərginliyə öyrəşib. Belə mərhələlərdə bədən və ağıl daha sürətli işləyir, maksimum gücünü ortaya qoyursan.

“Real”ın Çempionlar Liqasını qazanmaq üçün mütləq yaxşı oynaması vacib deyil, bunu artıq bir neçə dəfə sübut edib. Amma müasir futbolda oyun alınmasa, qələbə çətin olur".

Xəbər xətti