I yerdə Messi-Suares-Neymar, II yerdə isə... -XXI əsrdə Avropanın ən yaxşı 10 hücum triosu

00:10 - 8 Aprel 2025

MSN üçlüyü – Lionel Messi, Luis Suares və Neymar XXI əsrdə Avropanın ən yaxşı hücum triosu kimi tanınıb.

Sportal.az xəbər verir ki, bu reytinqi "Goal" idman portalı tərtib edib.

Portal Avropa klublarında çıxış etmiş ən güclü hücum üçlüklərini müəyyənləşdirib və siyahının zirvəsində "Barselona"nın tarixi triosu qərarlaşıb.

Siyahı bu şəkildədir:

1. Lionel Messi – Luis Suares – Neymar ("Barselona")

2. Kərim Benzema – Qaret Beyl – Kriştiano Ronaldo ("Real")

3. Tierri Anri – Samuel Eto – Lionel Messi ("Barselona")

4. Krişiano Ronaldo – Karlos Tevez – Ueyn Runi ("Mançester Yunayted")

5. Muhammed Salah – Roberto Firmino – Sadio Mane ("Liverpul")

6. Robert Pires – Dennis Berkamp – Tierri Anri ("Arsenal")

7. Kylian Mbappe – Edinson Cavani – Neymar (PSJ)

8. Pedro – Eden Hazard – Dieqo Kosta ("Çelsi")

9. Mario Götze – Robert Levandovski – Marko Roys ("Borussiya")

10. Halk – Radamel Falkao – Silvestre Varela ("Portu")

Xəbər xətti