Portuqaliya klubunun müdafiəçisi "Liverpul"a keçə bilər

18:52 - 9 Aprel 2025

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Braqa"da çıxış edən Siku Niakate ilə maraqlanır. Bu barədə "Africa Foot" məlumat yayıb.

"Liverpul" malili mərkəz müdafiəçisini komandadan ayrılacağı gözlənilən İbrahima Konatenin əvəzləyicisi kimi düşünür. 25 yaşlı futbolçunun klubu ilə müqaviləsində 30 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, "Braqa" Siku Niakateni 2022-ci ilin yayında Fransanın "Genqam" klubundan transfer edib. Mali millisinin üzvü bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti