"Liverpul" hücumçusu üçün 50 milyon funt-sterlinq tələb edir

21:54 - 9 Aprel 2025

"Liverpul"un hücumçusu Dioqo Jota İngiltərədə klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa", "Nyukasl" və "Vulverhempton" portuqaliyalı forvardı transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Liverpul" Jotanı satmağın əleyhinə deyil. Premyer Liqa nəhəngi 28 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Liverpul" Dioqo Jotanı 2020-ci ilin sentyabr ayında "Vulverhempton"dan transfer edib. Portuqaliya millisinin üzvü olan təcrübəli hücumçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti