"Qəbələ"nin və Bosniya və Herseqovina millisinin sabiq hücumçusu Ermin Zeç Sportal.az saytına açıqlama verib.
Veteran forvard bölgə klubunun yeni mövsüm Premyer Liqaya qayıtmasına münasibət bildirib:
"Qəbələ"ni daimi olaraq izləyirəm. Onların Premyer Liqanı tərk edərək, aşağı liqaya düşdüyünü görmək məni çox üzmüşdü. Şadam ki, yüksək liqaya geri qayıtmağı bacardılar. Bu, məni çox sevindirdi. Bu mövsüm onları izlədim və inamlı şəkildə liderlik edirdilər. Azərbaycan futbolunun ən güclü liqasına qayıdırlar. Təbii ki, "Qəbələ" Premyer Liqaya layiq komandadır. Onlara yüksək liqada uğurlar arzulayıram. İnanıram ki, yeni sezon onlar üçün uğurlu alınacaq".
Zeç “İskra”, “Jelezniçar”(hər ikisi Bosniya və Herseqovina), “Şibenik”, “Riyeka”(hər ikisi Xorvatiya), “Gənclərbirliyi”, “Balıkesirspor”, “Karabükspor”, “Qaziantep”(hamısı Türkiyə) klublarında oynayıb. O, 2015-2016 mövsümündə “Qəbələ”nin formasını geyinib.
saytlarin hazirlanmasi