"Qalatasaray" Belçika millisinin üzvünü transfer etmək istəyir

19:19 - 21 Aprel 2025

Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul klubu "Lester Siti"də çıxış edən Vaut Fası transfer etmək istəyir. Bu barədə Belçika mətbuatı məlumat yayıb.

"Qalatasaray" belçikalı futbolçunun klubunun Premyer Liqanı tərk etməsindən yararlanıb onu heyətinə qatmağa çalışacaq. 27 yaşlı mərkəz müdafiəçisi ilə "Latsio" və Almaniyanın bir neçə klubu da yaxından maraqlanır.

Qeyd edək ki, "Lester Siti" Vaut Fası 2022-ci ilin sentyabr ayında "Reyms"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti