"Qazaxıstan infrastruktur baxımından Belarus və Özbəkistandan daha aşağı səviyyədədir"

17:33 - 25 Aprel 2025

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Qazaxıstan mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis Qazaxıstan çempionatını Rusiya 1-ci Liqası və Özbəkistan çempionatı ilə müqayisə edib:

"Mən Rusiya 1-ci Liqasında işləmişəm, səviyyəni və şəraiti görmüşəm. İlk növbədə infrastrukturu qeyd edərdim. "Soçi", "Ural" və "Baltika" dünya çempionatından qalan dəbdəbəli stadionlara 20 min azarkeş toplayır. Gəlin etiraf edək ki, Qazaxıstan infrastruktur baxımından onsuz da Belarus və Özbəkistandan daha aşağı səviyyədədir".

Qeyd edək ki, Aleksey Baqa 2021-2022-ci illərdə "Sumqayıt"da çalışıb. O, Rusiyada "Sokol"un, Qazaxıstanda isə "Aktobe"nin baş məşqçisi olub.

Xəbər xətti