"Mançester Siti"nin hücumçusuna "qızıl düymə" mükafatı - 1 milyon izləyici

23:19 - 27 Noyabr 2025

“Mançester Siti”nin hücumçusu Erling Haaland YouTube-da bir milyon abunəçini keçdiyi üçün “qızıl düymə” alacaq.

Sportal.az xəbər verir ki, norveçli futbolçu bu göstəriciyə ilk videosunu 23 oktyabrda dərc etdikdən sonra 35 gün ərzində çatıb. Hazırda kanalda üç video var.

Qeyd edək ki, 10 milyon abunəçi həddinə çatdıqda kanal “brilliant düymə” ilə təltif olunur.

Xəbər xətti