"Qaradağ Lökbatan" - "Şirvan" matçında 5 qol - İCMAL

21:20 - 7 Sentyabr 2026

Futbol üzrə Azərbaycan II Liqasında II turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Şirvan"ı qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Şirvan" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Qaradağ Lökbatan" isə 6-cı yerdədir.

"Qaradağ Lökbatan" - "Şirvan" 2:3
Qollar: 
R.Quliyev, 18, İ.Zeynallı, 55 (pen) - İ.İbrahimli, 35, Ç.Məmmədov, 49, E.Məmmədov, 62

Xəbər xətti