Braziliyalı müdafiəçi rəsmən "İnter"də

16:59 - 13 İyul 2013

Joao Paulonu "bankirlər"in futbolçusu oldu
 
 
Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “İnter” heyətinə daha bir futbolçu qatıb. Sportal.az xəbər verir ki, Bakı klubu braziliyalı a mərkəz müdafiəçisi Joao Paulonu transfer edib.
 
1+1 illik müqavilə imzalanan futbolçunun adı artıq UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınıb.
 
Qeyd edək ki, tam adı Joao Paulo de Souza Dantaş olan futbolçunun son iş yeri Braziliyanın “Braqantino” klubu olub. O, B Seriyası təmsilçisinin heyətində bu il 4 oyuna çıxaraq 191 dəqiqə oynayıb. Paulo əvvəllər Braziliyanın “San Andre”, “İpitanqa” və Portuqaliyanın “Freamunde” klublarında çıxış edib.

Xəbər xətti