"İnter" Norveçə yola düşdü

12:44 - 16 İyul 2013

Matç "Alfheym" stadionunda baş tutacaq

 

“İnter” Avropa Liqasının II təsnifat mərhələsini ilk oyununu keçirəcəyi Norveçə yollanıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz səhər saatlarında çarter reysi ilə Tromso şəhərinə üz tutub. Onun eyniadlı komandası - “Tromso”nin iyulun 18-də qonağı olacaq bakılılar 5 saatdan artıq uçuşda olacaq. “Radisson Blue” otelində qalacaq komandamız bu axşam məşqə çıxacaq.

 

Sabah isə oyunun keçiriləcəyi “Alfheym” stadionunda hazırlıq olacaq. Bu, matç  Bakı vaxtilə 22:00-da keçiriləcək. 

Xəbər xətti