"Rəqib Britanya futbol tərzinə üstünlük verir"
"Rəqibimiz fiziki keyfiyyətlərilə fərqlənir, Norveç klubunun heyətində hündürboylu futbolçular çoxdur. Onlar cinahlar vasitəsilə oyuna əsaslanan Britanya futbol tərzinə üstünlük verirlər".
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Asif Məmmədov klubun saytına Avroliqanın II təsnifat mərhələsində Norveçin "Tromse" klbu ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib. Hər iki komandanın şanslarını bərabər qiymətləndirən Məmmədov fikrini belə izah edib:
"Amma hesab edirəm ki, bu rəqiblə oynamaq olar və qələbə qazanmaq da mümkündür. Komandaların şansı bərabərdir, biz ilk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq”.
“Mariehamn”la oyunda zədə almış yarımmüdafiəçi vəziyyəti ilə bağlı bu sözləri deyib:
“Komandayla məşq edirəm, həkimlər də tez bir zamanda bərpa olmağım üçün əllərindən gələni edirlər. Hələlik ağrılar hiss edirəm və “Tromso” ilə oyunda meydançaya çıxacağımı bilmirəm. Meydançaya çıxmağı istəyirəm, lakin digər faktları da nəzərə almaq lazımdır.
saytlarin hazirlanmasi