"Bəzi oyunçularımın hərəkətləri məni təəccübləndirdi"
Ötən gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, səfərdə 2:0 hesabı ilə məğlub olan təmsilçimiz "İnter" doğma azarkeşləri önündə Norveçin "Tromse" klubunu minimal hesabla məğlub etsə də, növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bu sözləri deyib:
"Ümid edirəm ki, hamı oyunumuzu izlədi. Çox təəssüf ki, mərhələ adlaya bilmədik. Mən demişdim ki, "Tromse" "İnter"dən güclü deyil. Amma ilk oyunda məğlub olduğumuz üçün komandamda psixoloji cəhətdən düşüklük yaşandı. Biz növbəti mərhələyə keçməyə layiq idik. Bəzi oyunçularımın hərəkətləri məni təəccübləndirdi".
saytlarin hazirlanmasi