Asif Məmmədov: "Hər şey göz qabağındadır"

11:45 - 26 İyul 2013

Futbolçu oyundan sonra fikirlərini bölüşdü
 
Dünən Avroliqanın II təsnifat mərhələsində təmsilçimiz "İnter" öz meydanında "Tromso"nu 1-0 hesabı ilə məğlub etməsinə baxmayaraq, iki oyunun nəticəsinə görə avrokuboklarda mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra komandanın aparıcı üzvlərindən olan Asif Məmmədov bu matç haqqında fikirlərini bildirib:
 
"Hər şey göz qabağındadır. 90 dəqiqə rəqibdən üstün oynadıq. İlk hissədə qol vursaq daha yaxşı olardı. Amma səfərdən elə bir nəticə ilə qayıtmışdıq ki, nə tam hücum oynaya bilirdik, nə də tam müdafiə oyunu. Hardasa mən 15-20 gündür normal məşq edə bilmirəm. Ona görə bir az zəif oynadım. Yəqin ki, azarkeşlər məni də başa düşərlər. Bu oyunda ayağımda ağrılar ola-ola istəyirdim ki, komandama kömək edim. Bilmirəm, nə qədər köməyim dəydi"

Xəbər xətti