Komanda finiş xəttini 66 xalla keçdi
2013-2014-cü il Azərbaycan çempionatı “İnter” üçün sayca 10-cu olacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ilk çıxış etdiyi 2004/05 mövsümündə 7-ci yeri tutub.
Azərbaycan futbolunda 2004-2005-ci il mövsümü öncəsində bir necə yeni ambisiyalı klub meydana çıxıb. Onlardan biri də “İnter” idi. Anatoli Konkovun yetirmələri mövsümü pis başlamayıb və qız fasiləsinədək komanda cəmi iki dəfə məğlubiyyət acısını yaşayıb. Lakin turnirin ikinci hissəsində “İnter”ə sabitliyi qoruyub saxlamaq mümkün olmayıb, nəticədə klub mövsümü 7-ci yerdə başa vurub. Komanda finiş xəttini 66 xalla keçib.
saytlarin hazirlanmasi