"İnter"in yeni transferi sabah tibbi müayinədən keçəcək

16:27 - 5 Avqust 2013

Laşa Salukvadze nə vaxt oynayacaq
 
Məlum olduğu kimi, dünən Premyer Liqanın 1-ci turu çərçivəsində “İnter” Ağdamın “Qarabağ” komandasıyla qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, ikinci hissənin gedişində "İnter"in müdafiəçisi Laşa Salukvadze zədə alaraq meydanı tərk etdi. Bu gün futbolçu klinikaya aparılsa da, ayağının şişməsi nəticəsində tibbi müayinədən keçə bilmədi.
 
Əlavə edək ki, L.Salukvadzenin zədəsinin ağırlığını və nə vaxt meydana çıxacağını tibbi müayinədən sonra demək mümkün olacaq.

Xəbər xətti