Brüs Abdulaye: "Mənimlə Almeyda arasında problem yoxdur"

14:09 - 8 Avqust 2013

"Nəzərə alın ki, mən hətta qaydanı pozmadım"
 
"İnter"in futbolçusu Brüs Abduleya Topaz Premyer Liqanın ilk turunda "Qarabağ"la oyunda rəqibin yarımmüdafiəçisi Riçard Almeyda ilə  havada toqquşaraq onun zədələnməsinə səbəb olduğu epizodu şərh edib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan yarımmüdafiəçi bu hərəkəti bilərəkdən etmədiyini deyib:
 
“Həmin epizodda mən topa gedirdim. Nəzərə alın ki, mən hətta qaydanı pozmadım. Mən məhz belə olduğuna görə çox təəssüflənirəm. Mən ona zədə yetirmək istəmirdim, sadəcə futbol belədir və heç bir futbolçu belə zədələrdən sığortalanmayıb. Mən özüm tez-tez belə zədələr alıram. Son matçlardan birində tam bir hissəni başısarıqlı oynamağa məcbur oldum. Riçard Almeyda meydanı tərk edən zaman ona yaxınlaşdım və vəziyyətilə maraqlandım. O, dedi ki, vəziyyəti normaldır.Sonra mən ona zəng etdim və üzr istədim. O da cavab verdi ki, məndən inciməyib. Bizim aramızda hər hansı bir problem yoxdur” - deyə o bildirib.

Xəbər xətti