"Təkcə "Qalatasaray" klubunun adını çəkmək kifayətdir"

16:18 - 10 Avqust 2013

Vaqif Hidayətov: "Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir"
 
Türkiyədə keçiriləcək “The children champion cup Lukoil” turnirində iştirak edəcək “İnter” U-12 komandasının baş məşqçisi Vaqif Hidayətov qarşıdakı yarış barədə fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı turnirə hazırlıq barədə klubun rəsmi saytına danışıb və Avropa klublarıyla gözlənilən nəticələr haqqında düşündüklərini paylaşıb:
 
“Uşaqlarımız turnirə yaxşı hazırlaşdılar və hazırlıq çərçivəsində bir sıra yoldaşlıq oyunları keçirdilər. Düşünürəm ki, turnirə pis hazırlaşmadıq. Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir. Lakin biz yalnız iştirakla kifayətlənmək istəmirik. Komanda yaxşı nəticə əldə etməyi arzulayır, bunun üçün də özümüzü göstərməliyik. Ayın 12-də püşkatma keçiriləcək, bundan sonra qrupda qarşılaşacağımız komandaların adları məlum olacaq. Təsnifat qrup iştirakçılarının tərkibi güclüdür: təkcə “Qalatasaray” klubunun adını çəkmək kifayətdir. Bilirik ki, bizi asan sınaq gözləmir, ancaq “İnter”i və Azərbaycan futbolunu layiqli təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Belə turnirlər uşaqlar üçün çox vacibdir və belə yüksək səviyyəli turnirdə iştirak etmək imkanı yaratdığına görə “İnter” rəhbərliyinə minnətdarlıq etmək istəyirəm”. 

Xəbər xətti