Bakı "İnter"i "Qalatasaray"a uduzdu

00:40 - 14 Avqust 2013

"İnter" sabah növbəti matçına çıxacaq

 

"İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir.

Sportal.az xəbər verir ki, bu gün turnirin birinci oyunu keçirilib

Təmsilçimiz ilk görüşdə "Mardan" stadionunda "Qalatasaray" klubuyla üz-üzə gəlib. Matçın taleyini Türkiyə komandasının vurduğu bir qol həll edib və nəticədə "İnter" turnirə məğlubiyyətlə başlayıb - 0:1.

Qeyd edək ki, sabah Vaqif Hidayətovun yetirmələri növbəti görüşünə çıxacaqlar.

Xəbər xətti