Asif Məmmədov: "Məğlub olmağa haqqımız yoxdur"

17:43 - 15 Avqust 2013

"Yəqin ki, komanda hardasa səhvlərə yol verdi"
 
“Komandada ab-hava məğlubiyyətlərə görə bir az pisdir. Biz özümüz də gözləmrdik ki, belə olsun. Yəni ardıcıl iki məğlubiyyəti ağlımıza sığıdırmırdıq. Məncə, bundan sonra məğlub olmağa haqqımız yoxdur. Ardıcıl qələbələr qazanmalıyıq ki, azarkeşlərə məğlubiyyəti unutduraq”.
 
Bu sözləri açıqlamasında “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib. Məmmədov hesabda öndə olub sonra məğlub olmaları barədə fikirilərini də bölüşüb:
 
“Yəqin ki, komanda hardasa səhvlərə yol verdi ki, hər iki oyunda hesabda öndə olub sonradan məğlub olmuşuq. Biz hələki belə vəziyyətə düşməmişdik. Amma Premyer Liqanın 2 turunda da 2 oyun ard-arda önə keçib sonra məğlub olmuşuq. Gələcək oyunlarda bunun üzərində işləməliyik”.
 
Yarımmüdafiəçi zədəsi haqqında da danışıb: “Sonradan meydana daxil olmağım yəqin ki, zədəmlə bağlıdır. Baş məşqçi zədədən sonra məni oyun tam hazır saymır. Səbəb bu ola bilər. Amma zədəm tam sağalıb, özümü oynamağa hazır hiss edirəm. Məşqilərin öz fikridir. Onlar necə məsləhət bilirlər elə də olur. Gələcək oyunlarda yəqin start heyətdə yer alaram”.
 
Məmmədov AZAL-la oyun barədə bunları dedi: “AZAL-la oyunda qələbə qazanmalıyıq. Bunun başqa yolu yoxdur. AZAL-la bizim oyunlar həmişə çətin olub. İndi elə vəziyyətdəyik ki, qalib gəlməliyik”.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti