"İnter"dən növbəti rəsmi transfer

01:30 - 22 Avqust 2013

"İnter" 30 yaşlı hücumçu transfer etdi

 

Makedoniya millisinin hücumçusu İlço Naumoskinin “İnter”ə keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, bunu “bankirlər”in rəsmi saytı açıqlayıb. Razılaşmaya əsasən, Bakı təmsilçisi 30 yaşlı futbolçu ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, Naumoskinin son klubu Avstriya “Mattersburq”u olub. Bundan başqa, futbolçu bu ölkənin “Qraser AK”, Türkiyənin “Malatyaspor” və İtaliyanın “Kataniya” klublarında da oynayıb. O, millisinin heyətində 45 oyun keçirib və 9 dəfə fərqlənib.
 

Xəbər xətti