"Rəvan"dan ayrılan futbolçu özünə yeni klub tapdı

00:57 - 3 Sentyabr 2013

Elhad Nəziri "İnter"lə müqavilə imzaladı
 
 
"Rəvan"dan ayrılan futbolçu Elhad Nəzirinin müqavilə imzaladığı yeni klub məlum olub.
 
Sportal.az xəbər verir ki, Rumıniyanın "Pertolul" komandasından "Rəvan"a transfer olunan və komandada forma geyinmədən müqaviləsi ləğv edilən futbolçu "İnter"lə rəsmi müqavilə imzalayıb.
 
O, bu gün klubun ofisinə gedərək, sözləşməyə qol çəkib. 
Qeyd edək ki, Elhad Nəziri "Petrolul"dan öncə Moldovanın "Milsami" klubunda da çıxış edib.

Xəbər xətti