Valeri Abramidze: "Əgər sərfəli təklif gəlsə, Azərbaycana dönə bilərəm"
“İnter”in bu vəziyyətə düşəcəyi gözlənilən idi. Çünki ötən mövsümdəki heyətdən xeyli sayda futbolçu ilə yollar ayrıldı. İndiki heyət o qədər də güclü deyil. Buna görə də, “İnter” cari mövsümdə uğursuz təsir bağışlayır”.
Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in sabiq futbolçusu Valeri Abramidze deyib:
Yayda “bankirlər”lə yolları ayrılan gürcü müdafiəçi yenidən Azərbaycana qayıtmağa hazır olduğunu əlavə edib:
“Düzdür, “Sioni”də özümü rahat hiss edirəm. Ancaq bu o demək deyil ki, karyeramın sonuna qədər hazırkı komandamda qalacağam. Əgər sərfəli təklif gəlsə, Azərbaycana dönə bilərəm. Sizin ölkəniz mənim üçün doğmadır. Zarafat deyil, Azərbaycanda 3 müxtəlif komandada oynamışam”.
saytlarin hazirlanmasi