"Heç nədən üç dənə qol buraxdıq"

22:46 - 12 Sentyabr 2013

Ruslan Əmircanov: "Bu oyuna yaxşı hazırlaşmışdıq amma..."

 

"Çətin oyun oldu. Bu oyuna taxşı hazırlaşmışdıq amma yaxşı oyun göstərə bilmədik. Sadəcə komandaya toparlanmaq üçün bir az vaxt  lazımdır".

 

Bu sözləri "İnter"in müdafiəçisi Ruslan Əmircanov "Neftçi" ilə oyundan sonra Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin ikinci hissə daha yaxşı oynadıqlarını da bildirib:

 

"Birinci hissə yaxşı oynaya bilmədik amma ikinci hissə daha yaxşı oynadıq. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Heç nədən üç qol buraxdıq. Artıq irəlidəki oyunlara diqqət verməliyik"

Xəbər xətti