"Bizim bir qələbəyə ehtiyacımız var" MÜSAHİBƏ

13:34 - 14 Sentyabr 2013

İlqar Ələkbərov: "O vaxt özümdən razı qalaram ki,..."
 
"İnter"in gənc futbolçusu İlqar Ələkbərovun müsahibəsi
 
- “Neftçi” ilə oyunda komanda ilk hissədə 3 qol buraxdı. Səbəb nə idi? Belə məğlubiyyəti gözləyirdinizmi?
- Biz belə məğlubiyyəti gözləmirdik. Yaxşı və ciddi hazırlaşmışdıq ki, qalib gəlməliyik. Amma niyə oyunumuz alınmadı bilmirəm. İlk hissədə ümumiyyətlə çox zəif oynadıq. İkinci hissədə özümüzə gəlsək də, hesabı bərabərləşdirə bilmədik.
 
- “İnter”in çempionata bu uğursuz başlanğıcının səbəbi nədir?
- Bizim komanda həmişə çempionluq üçün oynayıb. Amma çempionat başlayandan cəmi bir qələbə qazanmışıq. Komandaya vaxt lazımdır. Hələ qarşıda çox oyunlar var. İnanıram ki, getdikcə bizim vəziyyətimiz daha da yaxşı olacaq. Bu uğursuz seriyanı qırmağa çaışacağıq.
 
- Artıq Premyer Liqada 3 oyunda start heyətdə meydana çıxıb 90 dəqiqə oynamısan. Amma hər üç oyunda komandan məğlub olub…
- Mən çalışıram ki, meydanda əlimdən gələnin ən yaxşısını edim. Kaxaber Sxadadzenin mənə verdiyi şansı dəyərləndirmək istəyirəm.
 
- Öz oyunlarında razı qalırsan? Baxmayaraq ki, meydana çıxdığın hər üç oyunda komandan uduzub…
- Uduzanda komanda uduzur, udan da komanda udur. Mən hələ gənc futbolçuyam. O vaxt özümdən razı qalaram ki, oynadığım klubum və ölkəm üçün önəmli futbolçulardan biri olum. Premyer Liqada da çıxdığım oyunlarda 1 qol ötürməsi vermişəm, bir dənə də qol vurmuşam. AZAL-la oyunda Ruslan Əmircanova ötürmə verdim, “Simurq”la oyunda da qol vurdum.
 
- Hamı yay transfer pəncərəsi vaxtı Kaxaber Sxadadzeni qınayırdı ki, vaxtı keçmiş fubolçuları komandaya yığır. Onların zəif çıxışı məhz “İnter”I bu vəziyyətə salıb. Bununla razılaşırsan?
- Yaşı keçmiş deyəndə ki, cəmi bir İaşvildir ki, 36 yaşı var. O da elə oynuyur ki, elə bil 18 yaşı var.
 
- Bu çempionatdan nə gözləyirsən? Kimin çempionluq şansı daha çoxdur.
- Bu ilki çempionat daha çətin olacaq. Çünki 4 dövrəli sistemlə keçirilir. İnanıram ki, komandam bu mövsümü daha yaxşı başa vuracaq.
 
- Növbəti turda daha çətin oyununuz var. Son turlarda yüksəlişdə olan “Bakı” ilə oynayacaqsınız. Yəqin ki, komandada əhval-ruhiyyə bərabddır?
- Əlbəttə bu məğlubiyyətlər əhval-ruhiyyəyə təsir etməyə bilməz. Amma çalışacağıq ki, gələn oyuna qədər ab-havanı yaxşılaşdıraq. Bir qələbə qazansaq, bunun ardı gələcək.
 
Mənbə:  Millifutbol.az

Xəbər xətti