"İnter" antirekorda imza atdı

17:31 - 17 Sentyabr 2013

"Bankirlər"dən uğursuz start
 
2013-2014-cü il mövsümünün startı “İnter” üçün tarixində ən uğursuz olub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk 6 matçda komanda 3 xal toplaya bildi və bu nəticə ötənilkindən 5 xal azdır. “İnter”in çempionatın ilk 6 matçında ən yaxşı nəticəsi 2005-06-cı il mövsümüdür. Həmin mövsüm ilk 6 oyunda komanda 14 xal toplamağa müvəffəq olmuşdu. Lakin qeyd etmək yerinə düşərdi ki, ilk 6 matçda “İnter” 11 qol vurmuşdu və bu da məhsuldarlığa görə  tarixində ikinci göstərici olmuşdu. Yalnız bir dəfə komanda ilk 6 qarşılaşmada daha çox ql vura bilmişdi, məhz 12 qola imza atmışdı və bu nailiyyət 2005-06-cı il mövsümündə olmuşdu. Bununla belə, bu mövsüm ilk 6 oyunda buraxılmış qolların sayına görə “İnter” antirekorda imza atdı-13 qol. Bundan öncə “buraxılmış qollar” qrafasında ən pis göstərici 2005-06-cı il mövsümünə təsadüf edir. Həmin mğvsümün ilk 6 qarşılaşmasında komanda 7 qol buraxmışdı. 

Xəbər xətti