"İnter" liderliyini möhkəmləndirdi

10:53 - 21 Sentyabr 2013

Əvəzedicilərdən inamlı qələbə
 
Dünən əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatında 7-cu turun növbəti matçları keçirildi.
 
Sportal.az "İnter"in rəsmi saytına istinadən xəbər verir ki, “Şəfa” stadionunda “İnter” “Bakı”nı qəbul etdi. Komanda oyuna bu heyətlə meydana çıxmışdı: Elşən Poladov, Azər Salahlı, Ruslan Cəfərov, Mənsur Nahəvəndi, Abbas Hüseynov, Elnur Süleymanov, Asif Mirili, Mirsahib Abbasov(k), Ülvi İbazadə, Ramil Mansurov və Nurxan Mənzimzadə.
 
Komanda oyuna fəal başladı və oyunun əvvəlində hesabı açmağa müvəffəq oldu. Nurxan Mənsimzadə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi. Bundan sonra da “İnter” hücumlara davam etdi. Oyunun ilk hissəsinin yarısında Mirsahib Abbasov ev sahiblərinin üstünlüyünü artırdı. Fasilədən sonra Ramil Mansurov hesabı 3:0-a çatdırdı. Bundan sonra “Bakı” cəmi bir qolun əvəzini çıxmağı bacardı. Beləliklə, görüş 3:1 hesabıyla “İnter”in xeyrinə başa çatdı.
 
Qeyd edək ki, 7 turdan sonra komandanın aktivində 16 xal var və bu nəticəylə “İnter” turnir cədvəlində 1-ci yeri tutur. “İnter” növbəti tur səfərdə “Xəzər-Lənkəran” komandasıyla qarşılaşacaq.

Xəbər xətti