İtirilən xallar "İnter"ə baha başa gəldi

11:42 - 21 Sentyabr 2013

"İnter" rəhbərliyindən sərt addım
 
 
Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “İnter” rəhbərliyi yeni qərar qəbul edib.
 
 
Sportal.az xəbər verir ki, çempionluğu hədəfləyən hazırda isə turnir cədvəlinin zirzəmisində qərarlaşan klubun bütün işçiləri cəzalandırılıb.
Belə ki, komandanın baş məşqçisi Kaxaber Sxadadzedən tutmuş sıravi işçiyə qədər, hər kəsin maaşının 20 faizi kəsilib. Vəziyyət belə davam edərsə, cəza tədbirləri daha da sərtləşdiriləcək.
 
Qeyd edək ki, “İnter” bu gün doğma meydançasında “Bakı”nı qəbul edəcək. Oyun saat 17:00-da start götürəcək.

Xəbər xətti