"İnter"in tarixində qol vurmuş ilk xorvat

18:06 - 24 Sentyabr 2013

Spiçiç birinci oldu
 
Premyer Liqanın 7-ci turunda keçirilən “İnter”-“Bakı” matçı komanda üçün bir sıra statistik göstəricilərlə də yadda qaldı. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belə ki, oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan Çempionatının qarşılaşamalarında qol vurmaq müyəssər olmuş 77-ci və 78-ci futbolçular oldular. Əgər təcrübəli A.İaşvili sayca 8-ci gürcüdürsə, M.Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvat oldu.
 
Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Tsxadadzedir. Onun hesabında 18 qol var.
 
Qeyd etmək lazımdır ki, klubun tarixində yerli futbolçular istisna olmaqla "bankirlər"in heyətində  Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Çex Respublikasından, Boliviyadan, Latviyadan, Moldovadan, Braziliyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan və Xorvatıstandan olan futbolçular fərqlənə bilmişdilər.

Xəbər xətti