İlqar Ələkbərov: "Biz göstərdik ki, "Xəzər Lənkəran"dan güclüyük"
"İnter"in yarımmüdafiəçisi İlqar Ələkbərovun müsahibəsi
- "Xəzər Lənkəran"la oyunda "İnter" qələbə qazandı. Uzun fasilədən sonra qazanılan qələbəyə necə şərh verərdin?
- Əlbəttə ki, Lənkəran səfəri çətin idi. Oyuna tam ciddi hazırlaşmışdı. "Bakı" ilə heç -heçədən sonra bizə qələbə lazım idi. İnanırdıq ki, Lənkərandan xalla dönəcəyik. Bunu bacardıq. Bundan sonra da qələbələrin ardını gətirməyə çalışacağıq.
- "İnter"i Lənkəranda antifutbol oynadığına görə qınayırlar...
- "Xəzər Lənkəran" yaxşı komandadır. Amma "İnter " onlardan güclü olduğunu göstərdu. Hər şey göz qabağındadır. Kim nə deyirsə, desin. Biz oyunumuzu oynayıb 3 xalı qazandıq. Bizə bu xallar vacib idi.
- Yəni deyilənlərlə razı deyilsən?
- Buna antifutbol demək olmaz. Sadəcə elə epizodlar var idi ki, müdafiədə yaxşı oynamalıydıq. 90 dəqiqə heç bi komanda müdafiə futbolu oynaya bilməz. Biz müdafiə futbolu oynasaydıq, qol da vura bilməzdik.
- Rahid Əmirquliyevlə aranda nəsə problem oldu?
- Yox, onunla aramda heç bir problem olmadı. Sadəcə mübahisəli epizodda mən araya girdim. Rahid də elə bildi ki, mən də kimisə itəlyirəm. Fasilədə əl verib görüşdü. O da oyundur deyib məni qucaqladı. Heç bir problem yoxdur.
- Bu qələbə ilə "İnter"in "qara zolaq"da çıxdığını demək olar?
- Qələbə vacib idi. Bundan sonra davamını gətirməyə çalışacağıq.
- Növbəti tur "Sumqayıt"la qarşılaşacaqsız...
- "Sumqayıt" yaxşı komandadır. Bizə isə qələbə lazımdır. Ona görə də qalib gəlməyə çalışacağıq. Artıq diqqətimizi həmin oyuna yönəltmişik.
Millifutbol.az
saytlarin hazirlanmasi