Baş məşqçi oğlunu itirdi

16:21 - 29 Sentyabr 2013

Baçana Sxadadze cəzalı duruma düşdü
 
Azərbaycan Premyer Liqasında 8-ci tura srağagün start verildi və “İnter” səfərdə “Xəzər Lənkəran” üzərində minimalhesablı (1:0) qələbə qazandı.
 
Sportal.az xəbər verir ki, ”bankirlər” cari mövsümdə ikinci qalibiyyəti əldə etsələr də, bir aparıcı oyunçunu itirdilər. Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində simulyasiya etdiyi üçün sarı vərəqə alan Baçana Sxadadze bununla cəzalı duruma düşüb. Çünki buna qədər gürcüstanlı forvardın passivində 3 sarı vərəqə var idi. O, 3, 5 və 7-ci turların ikinci hissəsində də sarı vərəqə almışdı. Bu da o deməkdir ki, Baçana 9-cu turda “Sumqayıt”la səfər matçında iştirak edə bilməyəcək. 

Xəbər xətti