“Futbolçulara istirahət etmək imkanı yarandı və hazırda yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. İlk iki gündə futbolçular çox yaxşı çalışdılar, sabah(bu gün) həmçinin iki məşqin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, şəraitin dəyişməsi bizə faydalı olacaq. Biz hər il buraya gəlirik və həmişə kifayət qədər yaxşı hazırlaşırıq. Toplanışın ilk günlərində futbolçuları böyük həcmli iş gözləyirdi, lakin onlar çox həvəslə işin öhdəsindən gəlirlər ki, bu da məni sevindirməyə bilməz. Məşqlər kifayət qədər məhsuldar keçir və bu, məni sevindirir. Oyunçularım belə çalışmağa davam etsələr, komanda mütləq güclənəcək”.