"İnter"in rəqibləri məlum oldu
Məlum olduğu kimi, “İnter” Gürcüstanda təlim-məşq toplanışındadı.
Sportal.az xəbər verir ki, komanda artıq üç gündü Tiflisdə məşq edir.
Sabah isə “İnter” toplanış çərçivəsində ilk yoldaşlıq matçına çıxacaq. Belə ki, komanda Gürcüstanın yüksək liqasında mübarizə aparan “Spartak”(Sxinvali) komandasıyla, növbəti gün isə Rustavinin “Metallurq” klubuyla qarşılaşacaq.
Görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 17:00 və 17:30-da başlayacaq.
Qeyd edək ki, “İnter” bu matçlara müxtəlif heyətlərlə çıxacaq.
Əlavə edək ki, “Metallurq”la görüşdən sonra komanda Bakıya dönəcək və Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ” komandasına qarşı keçiriləcək matça hazırlığını davam etdirəcək.
saytlarin hazirlanmasi