"Həmin epizodda penalti var idi"

14:36 - 1 Dekabr 2013

Ruslan Əmircanov: "Lomaya Raufu aldatdı"

 

"İki vacib oyundan qalib ayrıldıq. Əvvəl "Neftçi"ni, bu gün indi də "Bakı"nı məğlub etməyi bacardıq. Deyərdim ki, bu qələbələr bizə asan başa gəldi, yalan danışmış olaram. Həm "Neftçi", həm də "Bakı" ilə oyun çox çətin oldu. Hər iki oyuna da biz ciddi hazırlaşmışdıq. "Neftçi" üzərində qələbədən sonra komandada əhval-ruhiyyə yüksək idi. O oyunu unudub "Bakı" ilə matça daha böyük motivatsiya ilə çıxdıq. Əsas məqsədimiz bu oyunda da qələbə qazanmaq idi."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu Ruslam Əmircanov deyib. Əmircanov komandanın öünə gəldiyini və yüksək yerlər uğurunda mübarizə aparacaqlarını bildirdir: 

 

"Bakı"nın da güclü komanda olduğu məlum idi. Çünki ilk dövrədə evdə bizdən xal(2:2) almağı bacarmışdılar. Oyunun digər tərəfdən çətinliyi isə süni ot örtüyündən təbii ot örtüyünə keçmək idi. Deməzdim ki, biz gözəl oyunla qələbə qazandıq. Əslində "Bakı" bəzi epizodlarda bizdən üstün oynadı. Hətta penalti ilə hesabı bərabərləşdirə biərdilər. Rauf Əliyev penalti mövqeyinə yaxınlaşanda Lomayanın inamlı reaksiyası bizə 3 xalı qazandırdı. Həmin epizodda penalti var idi. Top Brüs Abdullayenin əlinə dəymişdi. Hakimin qərarı düzgün idi.

 

Lomaya penaltilərdə çox yaxşı reaksiyalar nümayiş etdirir. Məncə, o, Raufu aldatdı. Doğrudur, mövsümə yaxşı başlamasaq da, artıq komanda oyununu tapıb. Hələ heç nə itirilməyib, əsas qış fasiləsinə kimi olan 3 oyunu qələbə ilə başa vurub çempionluq uğrunda mübarizəni davam etdirmək istəyirik."

Xəbər xətti