"İnter"in futbolçusunun çənəsi qırıldı

15:26 - 2 Dekabr 2013

Sxadadze ili erkən tamamladı
 
Premyer Liqanın 15-ci turunda "İnter"in futbolçusu Baçana Sxadadzenin "Bakı" ilə qarşılaşmada zədələndiyini və oyundan sonra dərhal xəstəxanaya aparıldığı xəbərini vermişdik.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, legioner futbolçu bu il forma geyinə bilməyəcək:
 
"Sxadadze hal-hazırda evdədir, alt-çənə sümüyündə sınıq var, bir də ikinci dərəcəli beyin silkələnəsi keçirib. Yanvar ayındakı ilk toplanışa kimi koamdadan ayrı qalacaq"

Xəbər xətti