Georgi Nikolov: "Etto kişi kimi davranmadı"

12:58 - 7 Dekabr 2013

"Üzr istəmədinsə, bu artıq idmançıya yaraşan hərəkət deyil"
 
"İnter"in prezidenti Georgi Nikolov "Bakı"yla oyuna Baçana Tsaxadadze haqqında açıqlama verib.
 
Sportal.az klubun rəsmi saytna istinadən xəbər verir ki, o, "Bakı"nın futbolçusu Ettonu günahlandırıb:
 
"Bilərəkdən gözlədim ki, səs-küy səngisin sonra açıqlama verim. Çünki, emosional vaxtı elə bir söz işlədə bilərsən ki, səni yanlış anlayarlar. Baçananın zədələndiyi epizoda gələndə yumşaq desək Etto kişi kimi davranmadı. Vurmusan, vurmusan! Heç olmasa üzr istə. Üzr istəmədinsə, bu artıq idmançıya yaraşan hərəkət deyil.
 
Oyundan sonra Baçananı təcili tibbi yardım maşınına apararkən də olanlar mənə çatmadı. Mən jurnalistləri başa düşürəm onlar onun o vəzyətdə şəklin çəkmək istəyirlər. Çünki, onların media orqanın reytinqi belə şeylərdən asılıdı. Ancaq onlar Baçanaya tibbi müdaxilənin olmasına mane olurdular. Hər halda futbolçunun sağlamlığı daha vacibdi.
 
Ümumiyyətlə o fotoları yayımlamaq da etik deyil. Bəli, mühafizəçi jurnalistləri ordan uzaqlaşdırdı. Lakin o, heç kimi təhdit etməyib. O, həkimin istəyi ilə jurnalistlərdən çəkliməyi xaiş edib. Mən özümdə hadisə zamanı yaxınlıqda idim. Mühafizəçi də olsa o sərt insan deyil. Əksinə çox xeyirxah insandı".

Xəbər xətti