Sxadadze qərarını verdi:"Geri qayıdacaqlar"

23:46 - 15 Yanvar 2014

"Yaxın günlərdə bir hücumçunun komandanın düşərgəsinə gələcəyi gözlənilir"
 
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Türkiyədə yoldaşlıq oyunu çərçivənidnfə "Holşteyn Kil"lə oyundan (0:3) sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, bu qarşılaşmaya sınaq heyətlə çıxdıqlarını deyib:
 
"Baxışda yeni oyunçular vardı. Onları nəzərdən keçirdik, belə oyunlar da məhz buna görə lazımdır. Yeni futbolçular barəsində onu demək istəyirəm ki, onlar geri qayıdacaqlar. Axtarışlarımız davam edir. Yaxın günlərdə bir hücumçunun komandanın düşərgəsinə gələcəyi gözlənilir".

Xəbər xətti