Futbolçu komandanı tərk edib
Qazaxıstanın “Aktobe” komandasında baxışda olan 24 yaşlı erməni müdafiəçi Levon Ayrapetyan bu gün komandanın Türkiyə toplanışı çərçivəsində “İnter”ə qarşı keçirəcəyi yoxlama oyununda oynamayacaq.
Sportal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, komandanın məşqçi qərargahının verdiyi məlumata görə, Ayrapetyan təcrübəli futbolçu olsa da, tərəflər futbolçunun şəxsi şərtləri ilə bağlı razılığa gələ bilməyib.
Bir qədər əvvəl komandanın sıralarını digər erməni futbolçu, 24 yaşlı Serj Deble tərk etmişdi.
saytlarin hazirlanmasi