"İnter" Qazaxıstan təmsilçisi ilə bacarmadı

22:24 - 18 Yanvar 2014

Bu dəfə heç-heçə qeydə alındı
 
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, "bankirlər"in budəfəki rəqibi Qazaxıstanın "Aktobe" klubudur.
 
Qarşılaşma Bakı vaxtıyla 17.00-da başlayıb. Oyunda komandlar həəyə bir dəfə fərqləniblər 1:1
 
Xatırladaq ki, Kaxaber Sxadadzenin komandası ilə sınaq matçında Hollandiyanın "Astern" komandasın 8:0 hesabıyla qalib gəlsə də, Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil"ə 0:3 hesabıyla uduzmuşdu.

Xəbər xətti