"Onun komandada qalmasını istərdim"

00:49 - 23 Yanvar 2014

"İnter"in əvəzedici komandası "Şəfa"da təlim-məşq toplanışını davam etdirir 
 
"Bankirlər" növbəti yoxlama matçını keçirdi və həmin oyunda MOİK komandasını 6:1 hesabıyla məğlub etdi.
 
Sportal.az xəbər verir ki, əvvəlki matçlarda olduğu kimi, ilk dəqiqələrdən qapını Eyyub Əliyev qorudu. Əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev gənc qapıçının gələcəyi barədə danışdı:
 
"Eyyub bizimlə olduğu müddətdə özünü yaxşı tərəfdən göstərdi. Onun komandada qalmasını istərdim. Lakin onun gələcəyi barədə dəqiq danışa bilmirəm, axı öncə onun icarəsi barədə MOİK rəhbərliyilə danışmaq lazımdır. Ümid edirəm ki, bu məsələdə ümumi razılığa gələ biləcəyik".
 
Qeyd edək ki, Eyyub Əliyev əvvəllər “Neftçi” və “Simurq” komandalarında çıxış etmişdi.

Xəbər xətti