"Bankirlər" hazırlıqları tamamladı
Türkiyə toplanışında olan “İnter” bu gün sayca altıncı - sonuncu yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin budəfəki rəqibi Almaniyanın 2-ci Bundesliqasının debütantı “Arminiya” olub. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Kaxaber Sxadadzenin komandası bundan əvvəl iki dəfə də Almaniya kluba ilə üz-üzə gəlib.
Qeyd edək ki, “İnter” bundan öncə Hollandiyanın “Asten” (8:0), Qazaxıstanın “Aktobe” (1:1), Braziliyanın “Unian” (3:1), Almaniyanın “Holştayn” (0:3) və “Tsayts” (2:0) klubları ilə gücünü sınayıb.
saytlarin hazirlanmasi