Komanda iki günlük istirahətə buraxılıb
Yanvar ayının 5-dən Türkiyədə təlim-məşq toplanışında olan "İnter" artıq vətəndədi.
Sportal.az xəbər verir ki, dünən "bankirlər" toplanış çərçivəsindəki son oyununda Almaniyanın "Arminiya" klubuyla qarşılaşdı və 2:2 hesablı bərabərliyə razılaşdı. "İnter"in heyətində Vaqif Cavadov və Baçana Tsxadadze fərqləniblər.
Xatırladaq ki, Türkiyə toplanışı çərçivəsində "İnter" 6 yoxlama matçı keçirdi. Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Holşteyn Kil” (0:3), Qazaxıstanın “Aktobe” (1:1), Almaniyanın “Zeyts” (2:0) və Braziliyanın “Uniao” (3:1) klubu komandamızın rəqibi oldu.
Əlavə edək ki, Kaxaber Sxadadzenin yetirmələri yanvarın 28-də "Şəfa" stadionunda toplaşaraq AZAL ilə oyununun hazırlıqlarına start verəcəklər.
saytlarin hazirlanmasi