"İnter" - AZAL matçında 9 qol

18:07 - 5 Fevral 2014

U-19 Liqasında 14-cü turun oyunları keçirildi
 
Bu gün U-19 Liqasında 14-cü turun oyunları keçirildi. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Şəfa” stadionunun 4-cü meydançasında “İnter” AZAL-ı qəbul etdi. Xatırladaq ki, birinci dövrədə bu komandalar arasında keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. 
 
Bu gün keçirilən maçtda "bankirlər" rəqibin qapısından 6 top keçirməyi bacarıb. AZAL isə buna 3 qolla cavab verə bilib. Nəticədə oyun "İnter"in 6:3 hesablı qələbəsilə yekinlaşdı. “İnter”in heyətində Bilal Qənbərov het-trik etməklə fərqləndi, Amil Atakişiyev, Ülvi İbazadə və Vüsal Nağıyev hərəyə bir qol vurdular.
 

Xəbər xətti