Komanda yeni hücumçu ilə müqavilə imzalayıb
"İnter" qış fasiləsində son transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, bankirlər çexiyalı forvard İvo Taborskini heyətə cəlb edib.
Müqavilə 6 ay müddətinə nəzərdə tutulub. Qeyd edək ki, İvo Taborskinin son klubu Çexiyanın "Teplitse" komandası olub. Yeni futbolçu artıq "İnter"in məşqlərində iştirak edir.
saytlarin hazirlanmasi