"İnter"in yeni transferi: "Siz Azərbaycan adını eşidəndə, elə bilirsiniz orada müharibə gedir" MÜSAHİBƏ

00:07 - 13 Fevral 2014

"Sxadadzeni başa düşmürəm"
 
"İnter”in yeni transferi Yoan Bokonyano ölkəsinin məşhur “France Football” nəşrinə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:.
 
- Necə oldu ki, səni "İnter"in heyətində gördük?
- “İstr”in idman direktoru Frederik Arpinon klub prezidenti kimi məni komandada saxlamaq istəyirdi. Ancaq mənim belə niyyətim yox idi. Baş məşqçi aşkar şəkildə mənə komandada yer olmadığını demişdi. Ona görə də xoşbəxtliyimi sərhəddən kənarda axtarmaq qərarına gəldim. Bu özümü göstərmək şansım idi. Menecerlərimə təşəkkür düşür ki, “İstr”dən azad agent kimi ayrıldım. “İnter”in hazırlıq prosesində iştirak etdim. 3 yoxlama oyununda çıxış etdim və dərhal sonra baş məşqçi müqavilə bağlamağımı istədi.
 
- 23 yaşında legioner karyerası yaşamaq çətin olmalıdır!
- Həm hə, həm də yox... Düzünü desəm, mən sərhəddən kənarda özümü tapmaq istəyirəm! Bu başqa mədəniyyətdir, başqa işin tərkib hissəsidir... Mən Fransaya qayıtmaq istəmirəm. Ancaq əgər xaricdə çıxışımı davam etdirə bilərəmsə, bu daha yaxşı olar. Deyə bilmərəm ki, Fransanın ətrafında olacağam. Ola bilər ki, bundan sonra mənə dair nişan orda itsin. Ancaq xaricdə çıxış etmək mənə xoş gəlir.
 
- Bakı haqqında danışardız...
- Bakını kiçik Dubay kimi çağırırlar. Ölkənin paytaxtıdır, 2 milyon sakini olan şəhərdir! Əminliklə deyə bilərəm ki, Bakı İstr, Ayaçço və Nimdən fərqlidir... Bununla belə, burda hər şey belə gözəl deyil! Hər yerdə binalar var, stadionlar dolmur, ancaq onlar gözəl görünür. Bizim məşqimiz də fərqlidir. Klubda 2 həkim, 2 fizioterapevt və 2 massajçı 24 saatdan bir bir-birini əvəzləyir. Komandanın çalışdırıcısının 3 köməkçisi, eləcə də fiziki hazırlıq və qapıçılar üzrə məşqçi var. Görürəm ki, bura fərqli yerdir.
 
- “İnter”in hansı hədəfləri var?
- Yüksək hədəflər qoyulub. Avroliqaya iddialıyıq. Bunun üçün ölkə kubokunun qalibi olmalıyıq. Hazırda 1/4 final mərhələsindəyik. Çempionatda isə ilk pillədən 6 xal geri qalırıq. 16 matçımız qalıb, qalib ola bilərik! Mən belə düşünürəm. Avrokubokda oynamaq karyeramda yaxşı olardı!
 
- Siz həmçinin, “Mets” və “Klermon”un sabiq oyunçusu Brüs Abdulayenin komanda yoldaşısınız...
- Bəli. O mənim komandaya uyğunlaşmamda çox kömək oldu. Ona təşəkkür edirəm. Baş məşqçi danışanda, mənə onun nə dediyini izah edir. Bəzən rus dilində danışır, mən isə başa düşmürəm (gülür). İngilis dilində də danışır, onda da Brüsdən nə dediyini soruşuram. Hazırda çox şeyə görə ona minnətdaram.
 
- Gündəlik həyatınız haqqında danışardın..
- Düzünü desəm, gün keçir. Əsas dili öyrənməyə başlamışam. İngilis dilində danışa bilmirəm, ancaq olduqca pis də danışmıram. Brüs mənə burdakı həyat tərzi haqda danışıb, ona görə də çox çətinlik çəkmirəm. Hazırda mən stadionun yaxınlığında yerləşən düşərgəmizdə qalıram. Özümüzün otaq nömrəmiz var. Bu yalnız klub üzvlərinə məxsus olan otel kimi bir yerdir. Heç vaxt tək olmursan. Ancaq tezliklə mənzilə köçəcəyəm.
 
- Siz infrastrukturu olan kluba keçmisiniz...
- Elədir. Ancaq siz “Azərbaycan” adını eşidəndə, elə bilirsiniz orada müharibə gedir. Əslində belə deyil! Orda müharibədən əsər-əlamət yoxdur! Brüs mənə deyib ki, Bakıda həyat yoldaşı və uşaqları ilə birgə Parisin Şanzelize prospektindəki kimi təhlükəsizlik yerdədir. “Ayaçço”dakı sabiq baş məşqçim Jan-Mişel Kavalli də mənə əvvəl işlədiyi Səudiyyə Ərəbistanındakı praktikasından danışmışdı. Bakıda çoxlu fransız emiqrantlar var və çempionatda da fransalı oyunçular çıxış edir.  

Xəbər xətti