Komanda səfərə qatarla yollandı
Məlum olduğu kimi,sabah Zaqatalada Premyer Liqanın 21-ci turu çərçivəsində “Simurq”-“İnter” qarşılaşması baş tutacaq.
Dünən axşam qatarla Zaqataya yollanan “İnter” səhər tezdən matçın keçiriləcəyi ünvana çatıb. Komanda “Qrata” otelində məskunlaşıb. Bu gün saat 15.00-da Kaxaber Tsxadadzenin yetirmələri Zaqatala Olimpiya Kompleksində məşqə çıxacaqlar.
Qeyd edək ki, “Simurq”-“İnter” matçı fevralın 14-də baş tutacaq. Oyun saat 15.00-da başlayacaq.
saytlarin hazirlanmasi