"Ağ-göylər" oyun saatını gözləyir
Məlum olduğu kimi, sabah “Simurq” –“İnter” matçı ilə Premyer Liqada XXI tura start veriləcək.
Sportal.az klub saytına istinadən xəbər verir ki, bu gün Zaqatalaya yollanan “bankirlər” artıq hazırlıqlara başlayıb.
Saat 15.00-da başlayan məşq Olimiya Kompleksinin arenasında keçirilib və 1 saat davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, “Simurq” - İnter” qarşılaşması sabah saat 15.00-da keçiriləcək.
saytlarin hazirlanmasi