Sxadadze: "Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək"

18:46 - 14 Fevral 2014

"Psixoloji cəhətdən bizim futbolçular oyuna daha yaxşı köklənmişdi"
 
“Simurq”la Zaqatalada oyunlarımız həmişə çətin olur. Psixoloji cəhətdən bizim futbolçular oyuna daha yaxşı köklənmişdi . Bu da qələbə qazanmağımızda əsas rol oynadı. “Simurq” bundan öncəki oyunlarda məğlub olduğu üçün ilk üçlüyə düşmək şansları azalıb"
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber  Sxadade "Simurq"la oyundan bildirib: O, həmçinin, əvəzetmələrin uğurlu olduğunu da dilə gətirib:
 
"Yaxşı oynadıq, ilk hissədə bir neçə qol imkanımız oldu, lakin son vuruşları dəqiq yerinə yetirə bilmədik. Vaqif Cavadov yoxluğu, Aleksandr İaşvilinin oyuna zədəli çıxması öz təsirini göstərdi, Əvəzetməmizin uğurlu olmasını qeyd etməliyəm, ilk toxunuşla qapıya qol vurdu. Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək”.

Xəbər xətti